Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə mətbuata açıqlama verib.
O, geridə qalan 3 il ərzində Suriyada 112 rus hərbiçinin həlak olduğunu bildirib:
“Bu əsgərlərin təxminən yarısı “An-26” və “İl-20” təyyarələrinin vurulması nəticəsində ölüblər. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli texnika itirmişik”.
Bondarev 2003-2006-ci illərdə ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyatlar zamanı koalisiya qüvvələrinin 2515 hərbçi, 20-yə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini xatırladıb.
Qeyd edək ki, Rusiyanın “An-26” tipli hərbi yük təyyarəsi bu il 6 martda Hmeymim hərbi hava bazasında texniki səbəblərdən qəzaya uğramış, göyərtəsində olan 39 rus əsgəri həlak olmuşdu.
“İl-20” hərbi təyyarəsi isə 17 sentyabrda vurulub. Kəşfiyyat uçuşu edən və 15 əsgəri daşıyan həmin təyyarə Aralıq dənizi üzərində Suriya hava hücumundan müdafiə kompleksi ilə partladılıb.
Rusiya ordusunun Suriyadakı itkiləri açıqlandı

Oxşar xəbərlər