Lavrov Bakıya gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.
Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib. 
 
Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək.