Putin türk dövlətini ələ keçirir: 27 milyardlıq razılaşma

Rusiya Prezidenti Vladimir Putin Özbəkistana gedib.

Axar.az xəbər verir ki, Putin Özbəkistanda Prezident Şövkət Mirziyayevlə görüşəcək.

Tərəflər arasında əsas müzakirə mövzusu ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər olacaq. İki lider həmçinin Rusiya və Özbəkistan Regionlararası Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

***

Rusiya və Özbəkistan arasında 800 müqavilə imzalanıb.

Bu barədə məlumatı Özbəkistan İqtisadiyyat Nazirliyi yayıb. Nazirlik imzalanan müqavilələrin dəyərinin 27 milyard dollar olduğunu bildirib.

Müqavilələrdən 609-nun 6,2 milyard dollar həcmində olduğu və ticarət-iqtisadiyyat sahəsini əhatə etdiyi bildirilib. 20,8 milyard dollarlıq dəyərindəki 202 müqavilə isə investisiya istiqamətindədir. Tərəflər arasında əldə olunan razılaşmalar əsasında 79 müəssisə, 23 yeni ticarət evinin yaradılması nəzərdə tutulur.