Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.
Report-a istinadən xəbər verilir ki, bu barədə adıçəkilən ölkənin prezidentinin mətbuat katibi Corc Çaramba məlumat yayıb.
Qeyd olunur ki, E.Mnanqaqva Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də, Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.
“Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, - C.Çaramba bildirib.
Prezidentin mətbuat katibi bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.
Zimbabve prezidenti Azərbaycana gələcək

Oxşar xəbərlər