ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampı təhdid edib.
Demokrat.Az xəbər verir ki, Tramp Sloveniya əsilli həyat yoldaşına onu boşaması durumunda ABŞ vətəndaşlığından çıxaracağını deyib.
Bu barədə prezidentin sabiq köməkçilərindən Omarosa Nyuman danışıb. Ağ Evdə keçirdiyi günlərdən bəhs edən “Dəngəsiz” adlı kitab yazan Nyuman kitabında “Əgər Melaniya Donaldın vəzifədə olduğu müddətdə onu utandıracaq hərəkət edərsə və boşayarsa, Tramp onu cəzalandırmağın bir yolunu tapar” sözlərini yazıb.
Müəllif üstün zəkalı insanlara verilən “Eynşteyn” vizası ilə (EB-1) 1996-cı ildə ABŞ-da yaşamaq hüququ əldə edən Melaniyanın həyat yoldaşının dəstəyi ilə bu vizanı aldığını iddia edib. Nyuman bildirir ki, Tramp həyat yoldaşını ABŞ vətəndaşlığından çıxarmaq üçün vizanı alarkən qanunları pozduğunu belə etiraf edə bilər. Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın prezident seçkilərində əli olduğunu etiraf edən insan viza qalmaqalında da eyni istiqamətdə hərəkət edə bilər.
Donald Trampın “Çıraq” adlı realiti şousunda yarışmaçı kimi iştirak edən Omarosa Nyuman daha sonra seçki kampaniyasına qatılaraq Trampın məsləhətçilərindən biri olmuşdu. O, prezident haqqında qələmə aldığı hadisələri əlindəki video və səs qeydlərinə istinadən yazdığını deyir.
Tramp həyat yoldaşını da təhdid etdi

Oxşar xəbərlər