Qazaxıstan Azərbaycana taxıl ixracını 4,7 dəfə artırıb

Bu ilin yanvarında Qazaxıstan xarici ölkələrə 691,8 min ton taxıl satıb.

Faktxeber.com məlumat verir ki, ən çox qazax taxılını alan ölkə Özbəkistandır. Bu ölkəyə ötən il 290,7 min ton taxıl icrac  olunub.

2019-cu ilin yanvarında Tacikistana taxın ixracı 118,4 min ton (ötən illə müqayisədə 73,1% artım) olub. Siyahıda 3-cü gələn Azərbaycana isə taxıl ixracı ötən ilin yanvarı ilə müqayisədə 4,7 dəfə artıaraq 90 min tonu keçib.

Daha 15 ölkəyə taxıəl satan Qazaxıstan bu ticarətdən yanvar ayında 116 milyon dollar qazanıb.