Tramp CNN prezidentinin işdən çıxarılmasını istəyir

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb.

Modern.az xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

O, telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəz səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.