Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtonda yerləşən ofisi rəsmi olaraq bağlanıb.
İsrail yerli mediası xəbər verir ki, ofis ABŞ Dövlət Departamentinin bu il sentyabrın 10-da qəbul etdiyi qərarla fəaliyyətini dayandırıb.
ABŞ Dövlət Departamenti Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə aradan qaldırılaraq sülhün əldə olunması üçün səylərdən imtina etmədiyni də bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Hizert Noyer ofisin bağlanması ilə bağlı qərarı şərh edərkən demişdi ki, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin açılmasına 2017-ci ilin noyabr ayında İsrail və Fələstin arasındakı sülh müzakirələrinə dəstək olmaq məqsədilə icazə verilmişdi: "Ancaq FAT İsrail ilə ciddi bir razılıq əldə olunması üçün birbaşa təşəbbüs qaldırmadı. Əksinə, təşkilat heç görmədiyi və əlaqə saxlamadığı halda ABŞ-ın sülh planını qınadı.
Dövlət Departamenti Konqresin narahatlığı çərçivəsində hazırda Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisini bağlamaq qərarına gəldi. Bu qərar sülh müqaviləsinə aparacaq addımlardan uzaqlaşdırmağı hədəf götürən şəxslər tərəfindən sui-istifadə edilməməlidir. Biz daimi sülhün yaranması cəhdlərindən geri addım atmayacağıq”.
ABŞ Dövlət Departamentinin Fələstin Azadlıq Təşkilatından ofisin bir ay ərzində boşaldılmasını istədiyi bildirilib.
Ağ ev BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırmaq barədə də qərar qəbul etmişdi.
Fələstin Azadlıq Təşkilatının ABŞ ofisi rəsmən bağlanıb
Oxşar xəbərlər