Rakurs.tv-nin verdiyi xəbərə görə, sentyabrın 26-da Ali Məhkəmədə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb.
Məhkəmə prosesində VK-dan Bəylər Məmişov iştirak edib. Yalçın İmanovun özü məhkəmədə iştirak etməyib.
VK nümayəndəsi kassasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş edib.
Qısa sürən müşavirədən sonra məhkəmə heyəti şikayətin təmin edilmədiyini elan edib.
Xatırladaq ki, 20 noyabr 2017 -ci il tarixdə VK penitensiar xidmətin şikayətinə əsasən vəkil Yalçın İmanovun kollegiyadan kənarlaşdırılması barədə qərar verib. Y.İmanov bu qərardan məhkəməyə şikayət verib. Gəncə İnzibati İqtisadi Məhkəməsi 16 mart 2018-ci il tarixdə vəkilin şikayətini təmin etməyib. 17 aprel 2018 -ci ildə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.
Vəkilin kollegiyaya qarşı şikayəti təmin edilmədi
Oxşar xəbərlər