"İlin Cumhuriyyətçisi" mükafatına hüquqşünas Yalçın İmanov layiq görülüb - Fotolar

İyunun 1-də D18 Hərəkatı REAL Partiyasının ofisində "İlin Cümhuriyyətçisi" mükafatının təqdimat mərasimini keçirib. Bu il "İlin Cumhuriyyətçisi" mükafatına hüquqşünas Yalçın İmanov layiq görülüb.
Qeyd edək ki,bundan əvvəl “İlin Cümhuriyyətçisi” mükafatı ReAL-ın sədri İlqar Məmmədova, həbsdəki jurnalist Seymur Həziyə və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, keçmiş siyasi məhbus İntiqam Əliyevə, “Nida”çı gənc fəal İlkin Rüstəmzadəyə, AXCP sədrinin müavini Gözəl Bayramlıya təqdim olunub.
“İlin Cümhuriyyətçisi” mükafatını 5 il əvvəl D18 Hərəkatının təsis edib. Mükafat hər il 28 May – Respublika Günü öncəsində təqdim olunur.
"İlin Cümhuriyyətçisi" hüquqşünas Yalçın İmanov oldu