O, Azərbaycandakı məhkəmələrə etimad etmir: "Əslində, Azərbaycan məhkəmələrinə etimadım yoxdur. Düşünmürəm ki, iddiamız təmin olunacaq. Amma bir vətəndaş kimi öz hüququmuzdan istifadə etmişik və məhkəməyə üz tutmuşuq. Hesab edirik ki, haqsız yerə vəkilimizi Vəkillər Kollegiyasından uzaqlaşdırıblar, bizi müdafiə hüququndan məhrum ediblər. Amma biz Avropa Məhkəməsinə qədər gedəcəyik. Düşünürəm ki, burada olmasa da, Avropa Məhkəməsində ədalətli qərar çıxarılacaq”.
"Məhkəmə qərarlarına hörmətlə yanaşmaq lazımdır və hər kəs öz hüququnu müdafiə etməlidir”
Deputat Fazil Mustafa isə açıqlamasında vurğulayıb ki, vəkillər peşəkar olmalıdır: "Bu barədə məhkəmə qərarlarına hörmətlə yanaşmaq lazımdır. Amma bütövlükdə vəkilliyin bu qədər mürəkkəbləşdirilməsinin əleyhinəyəm. Vəkilliyin üzərinə həddindən artıq yük qoyulur. Əslində, bu cür yanaşmaq doğru deyil. Vəkil vətəndaşın maraqlarını müdafiə edən peşəkar insan olmalıdır ki, insanlar rahat müraciət etmək imkanı əldə etsinlər. İnsanların böyük əksəriyyəti demək olar ki, məhkəməyə müraciət etmək imkanını itiriblər. Nümayəndəlik ləğv olunandan sonra məhkəməyə müraciətdən imtina edən şəxslər var. Çox təəssüf ki, onlar vəkillərin az olduğunu düşünürlər. Konkret şəxslərlə bağlı deyə bilmərəm ki, hansı əmələ görə bunu edirlər, haqlı və ya haqsızdırlar. Hər halda, məhkəməyə verib, öz hüquqlarını müdafiə etməlidirlər”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov telefon zənglərinə cavab verməyib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Səbəb kimi Penitensiar Xidmətin ondan şikayəti göstərilib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı və Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Y.İmanovun səlahiyyətlərinə xitam verilməsi barədə qərarı pisləyiblər.
"Düşünürəm ki, Avropa Məhkəməsi ədalətli qərar çıxaracaq”
Jurnalistlər Xədicə İsmayılova və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər.
Y.İmanov X.İsmayılovanın və Aynur Elgünəşin hüquqlarını müdafiə edir.
"Müraciət qəbul olunmasa, Avropa Məhkəməsinə qədər gedəcəyik”, - Aynur Elgünəş Toplum Tv-yə açıqlamasında belə deyib.

Oxşar xəbərlər