Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, təkbaşına keçirdiyi aksiyalara görə, "Tək adam” kimi tanınan Füzuli Hüseynov həbsdən azadlığa çıxıb.
AXCP-dən verilən məlumata görə, F.Hüseynov dünən, iyunun 24-də axşam saatlarında evə buraxılıb.
Həbsdə olduğu günlərdə aclıq aksiyası keçirdiyi bildirilən F.Hüseynovun sağlıq durumunun normal olduğu deyilir.
Dünən REAL Partiyasının Ali Məclis üzvü, mayın 28-də keçirilmiş Cümhuriyyət yürüşünün fəallarından olan Elmin Həmzə də azadlığa buraxılıb. REAL-dan bildirildiyinə görə, onun da inzibati cəza müddəti başa çatıb.
F. Hüseynovun iyunun 14-də REAl Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü saxlandığı bildirilirdi. AXCP-dən verilən məlumata görə, F. Hüseynov əlində İ. Məmmədovun şəkli olan plakat tutaraq ona azadlıq tələb edib. F. Hüseynova Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilmişdi.
İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə təqsirli bilinən Füzuli Hüseynovun saxlanma məntəqəsində aclıq aksiyası keçirdiyi bildirilirdi.Ancaq bu məlumatı rəsmi qurumlar nə dəsdiq, nə də təkzib etmişdilər.
E.Həmzə isə mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilməsindən sonra saxlanmışdı.
Mayın 30-da məhkəmə REAL fəalını İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilmiş, 25 sutkalığa inzibati həbslə cəzalandırmışdı.
Həm F.Hüseynovun, həm də E.Həmzənin vəkilləri onların özlərini günahsız saydıqlarını bildiriblər.
Ancaq vəkillərin açıqlamasına, nə məhkmə, nə da başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmuşdu.
toplum.tv
Füzuli Hüseynov və REAL-çı azadlığa çıxıb
Oxşar xəbərlər