Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.
"Report"a istinadən xəbər verilir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb. Bunlar Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləlləyev Namiq Əbulfəz oğludur. Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıblar. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.
Sakinlər təxliyyə olunub. Yanğının başvermə səbəbləri araşdırılır.
Gəncədə yaşayış binası yanır: FHN-in 2 əməkdaşı ağır xəsarət alıb
Oxşar xəbərlər