Elmar Vəliyev sağalıb - Görüntüsü yayıldı

Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevin videosu yayılıb.

Musavat.com saytına istinadən xəbər verilir ki, icra başçısı lüks bir otaqda (otel və klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır. 

İddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir.