Nazir Gəncədə yaşayış evinə mərmi düşdüyünü təsdiqləyib

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan atılan mərminin vətəndaşın evinə düşməsi barədə yayılan məlumatı təsdiqləyib.
 
Bu barədə "Meydan.tv" xəbər verib.
 
Xəbərdə deyilir ki, nazir bunu jurnalistlərin suallarını cavablandırarkən  deyib.
 
"Tanklar təlim mərmisindən istifadə ediblər. Maketlər dağlar tərəfdə olub, mərmi qayaya dəyib və sapma baş verib. Hadisədən xəbər tutan kimi göstəriş verdim və təlim dayandırıldı. Seyfəli təlim poliqonunda tanklardan istifadə yenidən nəzərdən keçiriləcək". 
 
 
Nazir vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcəyini bildirib.
 
Hadisə barədə məlumatı "Turan TV”-nin rəhbəri Qənimət Zahid iyunun 16-da fotolarla yayıb.