HAMAS: Trampın sakinləri Qəzzadan köçürmək planı xaosa aparan yoldur

ABŞ prezidenti Donald Trampın sakinləri Qəzzadan köçürmək planı gülünc və axmaqlıdır, bu, xaosa aparan yoldur.

Bunu HAMAS-ın rəsmi nümayəndəsi Sami Əbu Zuhri bildirib.

"Biz inanırıq ki, bu, regionda xaos və gərginlik yaratmaq üçün bir yoldur. Qəzza zolağındakı xalqımız bu planların reallaşmasına imkan verməyəcək", - o, bildirib.

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ evdə görüşündə Qəzza əhalisinin geri dönməmisinin düzgün olacağını düşündüyünü, fələstinlilərin Misir və İordaniya başda olmaqla, başqa ölkələrə getməsini daha doğru yol saydığını vurğulayıb.

 

APA