ABŞ-ın Miçiqan Universitetinə qarşı Fələstinin tərəfdarlarını sıxışdırmaq və söz azadlığını pozmaq ittihamı ilə şikayət edilib

ABŞ-ın Miçiqan Universitetinin indiki və keçmiş tələbələri Fələstin tərəfdarı etirazçıları sıxışdırmaq və ifadə azadlığı hüququnu pozmaqda ittiham edərək bu universitetin səlahiyyətlilərinə qarşı şikayət ediblər.

Middle East Eye internet saytı yazıb: Bu şikayət bu yaxınlarda Detroit yerli məhkəməsinə verilib. Bu iddiaya əsasən, Miçiqan Universiteti tələbələrin konstitusiyaya əsaslanan ifadə azadlığı hüququnu və bu qanunda tələbələr üçün prosedur və müdafiələri pozmaqda ittiham olunur.

Bu hesabatda əlavə olunub: 6 hazırkı və keçmiş amerikalı tələbə Miçiqan Universitetini həmçinin fikirlərini sərbəst ifadə etmək bəhanəsi ilə tələbələrə qarşı görünməmiş intizam tədbirləri başlatmaqda ittiham edib.

İddiaçılar həmçinin universitetdə müxtəlif dərəcələrdə irq əsaslı intizam cəzasına məruz qaldıqlarını və universitetdəki işlərindən qovulduqlarını və ya gələcəkdə işlə təmin olunmaq üçün qara siyahıya salındıqlarını iddia edirblər.