İŞİD "dirilir": 18 min nəfər səfərbər edilib

İŞİD terror təşkilatı İraq və Suriyada yenidən güclənir.
 
"New York Times"a istinadən xəbər verilir ki, ABŞ və İraqdakı hərbi və kəşfiyyat mənbələri qaçqınların İŞİD-ə qoşulduğunu və silahlandırıldığını açıqlayıb. Hazırda terrorçu təşkilata 18 min nəfər səfərbər edilib. 
 
Məlumata görə, İŞİD-in təqribən 400 milyon dollar vəsaiti var. Qruplaşma, balıqçılıq, maşın və narkotik ticarəti ilə gəlir əldə edir.