İranda ordu qərargahına terror hücumu olub

İranda terrorçular İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum ediblər.

“Fars” agentliyinə istinadən xəbər verilir ki, terror hücumu ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb. Məlumata görə, 1 nəfər ölüb, 5-i isə xəsarət alıb.

Hücuma görə məsuliyyətini “Ceyş-ül Ədl” terror təşkilatı öz üzərinə götürüb.