Bakıda Xorvatiyanın Azərbaycandakı səfirliyi açılıb

Açılış mərasimində iştirak edən Xorvatiya Baş Nazirinin müavini və Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç və Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov rəmzi lenti kəsiblər.
 
Bu barədə Report.az məlumat yayıb.
 
Bununla yanaşı, təntənəli mərasimdə Xorvatiyanın Xarici və Avropa İşləri nazirinin siyasət işləri üzrə müavini Viçe Skraçiç və iqtisadiyyat işləri üzrə müavini İvano Jivkoviç də iştirak ediblər.