Xorvatiya prezidenti: Avropa Birliyi artıq ABŞ-yə etibar edə bilməz

Avropa ölkələri artıq ABŞ ilə yaxşı münasibətlərə etibar edə bilməzlər və hərbi imkanlarını gücləndirməklə öz təhlükəsizliklərinə nəzarət etməlidirlər.

Bu barədə Xorvatiya prezidenti Zoran Milanoviç bildirib.

"ABŞ ilə ümumiyyətlə yaxşı münasibətlərimiz var idi, amma vəziyyət dəyişib və Avropa artıq onlara etibar edə bilməz. Əgər gözləsə, bundan yaxşı bir şey çıxmayacaq. Məhz buna görə də Avropa və ya böyük Avropa dövlətləri məsələn, Rusiyada olan, lakin Avropada olmayan hücum və müdafiə sistemlərinin inkişafında çox xüsusi əməkdaşlıq etməyə başlamalıdırlar", - deyə o əlavə edib.

Milanoviç vurğulaıb ki, Avropa ölkələrinin bu cür silahlar hazırlamaq üçün lazımi bilik, texnologiya və maliyyə resursları var: "Avropa uzun müddətdir ki, illüziyalar dünyasında yaşayır və özünü başqasının bunu onun üçün edəcəyinə inandırır".