İmam Əli (ə) Ziyarətgahında Qədir-Xum bayramı tədbirlərinin açılışı

İslam dünyasının ən mühüm bayramlarından olan mübarək Qədir-Xum günü münasibətilə İmam Əlinin (ə) Nəcəfül Əşrəfdəki müqəddəs ziyarətgahında rəsmi tədbirlərinin açılışı baş tutub.

Bayram tədbirlərinin açılış rəmzi olaraq hərəmin günbəzindəki müqəddəs bayrağın dəyişdirilməsi mərasimi keçirilib.

Təntənəli mərasimdə İmam Əli (ə) ziyarətgah kompleksinin müdiri İsa əl-Xursan, ziyarətgahın idarə heyətinin üzvləri və digər məsul şəxslər iştirak ediblər.

Mərasim regional səviyyədə də böyük diqqət cəlb edib. Tədbirə dövlət rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, İraqın nüfuzlu aşirət liderləri, habelə İraqın tanınmış din xadimləri və çox sayda zəvvar qatılıb.

Ziyarətgahın günbəzində Qədir-Xum bayramının rəmzi olan mübarək bayrağın ucaldılması və bu reportaj Shafaqnanın fotoqrafı Əli Salam əl-Mömin tərəfindən lentə alınıb.

Qeyd edək ki, müqəddəs hərəmdə Qədir-Xum bayramı ərəfəsində başlayan bu tədbirlər və mənəvi proqramlar bayram günləri boyunca davam edəcək.