Millimiz Avropa çempionatına qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Yığmamız ilk görüşdə Avstriya ilə üz-üzə gəlib.

Matç komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.