Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y-a hücum edən Tural Qarayev saxlanılıb.
 
Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib. 
 
Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.
 
T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.
 
Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.
 
Report.az