Özbəkistan prezidenti özünü alqışlamağı qadağan edib

Özbəkistan prezidenti Şavkat Mirziyeyev ölkənin Buraxa vilayətinə səfəri zamanı məmurları onu alqışlamamağı çağırıb.

Bu barədə "Azadlıq" qəzeti yazıb. 

"Məmurların bütün işləri və planları xalqın mənfəətinə xidmət etməlidir. Alqışlamağı yığışdırmaq lazımdır. Onun əvəzinə hər ev və hər insanla məqsədli şəkildə işləmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Özbəkistanda məmurlar prezidentin demək olar ki hər sözünü alqışla qarşılayır.