İsveçrə Baş Prokurorluğu bildirir ki, Özbəkistanın mərhum prezidenti Islam Karimovun böyük qızı Gulnara Karimovaya məxsus 133 milyon dolları müsadirə edib.
AzadliRadiosu bu barədə xəbər verir.
Karimova hazırda korrupsiya ittihamlarıyla məhkum olunub və həbsxanadadır.
Baş Prokurorluğun iyunun 24-də verdiyi açıqlamada deyilir ki, Karimovanın kişi qohumlarından biri bu pulu gizlətmək üçün "müxtəlif şirkərlərin adından bank hesabları açıb”.
Bu da qeyd olunur ki, müsadirə olunmuş vəsait Özbəkistan dövlətinə qaytarılacaq, sözü gedən qohum isə 400 min dollar cərimə ödəməli olacaq.
Karimovanın qohumuna qarşı ittiham iyunun 24-də irəli sürülüb və o Karimova barədə dələduzluq və çirkli pulların yuyulması üzrə işdə növbəti fiqurdur. Bundan əvvəl Karimovanın daha iki işçisinə qarşı ittihamlar irəli sürülüb.
Bunlardan biri Rusiyanın telekommunikasiya şirkətlərindən birinin Özbəkistan filialının baş meneceri, digəri isə onun şəxsi katibidir.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Özbəkistanın mərhum prezidentinin böyük qızı Gulnara Karimova Prezident Shavkat Mirzioyev-ə əfv müraciəti edib. Karimova korrupsiya ittihamları ilə həbsdədir.
Qızının iyunun 23-də Instagram-da yerləşdirdiyi bəyanatda Gulnara Karimova "üzr” istəyir, "yaratmış olduğu hər hansı məyusluğa görə” peşmançılıq bildirir.
Karimova səhhətində yaranmış problemə görə əməliyyata ehtiyacı olduğunu yazır.
Onun iddiasına görə, ona məxsus 1,2 milyard dollarlıq aktiv Özbəkistana qaytarılıb və "indi respublika büdcəsinə fayda verməyə çalışır”.
Karimova yazır ki, vəkillərinə xaricdəki bank hesablarında saxlanan 686 milyon dollara hüquqi iddiasını dayandırmağı tapşırıb.
Bu bəyanatdan bir həftə öncə Karimova-nın isveçrəli vəkili Gregoire Mangeat onun səhhətiylə bağlı xəbərdarlıq edib.
Vaxtilə atası Islam Karimov-un mümkün varisi sayılan Karimovanın adı İsveç və İsveçrədə çirkli pulyuma təhqiqatlarında hallandırılıb. Karimova Özbəkistanda maliyyə cinayətlərində təqsirli bilinib.
O, 2014-cü ildə, hələ atası hakimiyyətdə ikən ölkədə ev dustağı edilib. Karimov 2016-cı ildə vəfat edincə Mirziyoev vəzifəyə keçib.
2017-ci ilin dekabrında 10 il həbsə məhkum edilən Karimova-nın cəzası bir neçə ay sonra ev dustaqlığına dəyişdirilib, beş ilə salınıb.
Martın əvvəlində isə Özbəkistan Baş Prokurorluğu bildirib ki, Daşkənd məhkəməsi Karimova-nın ev dustaqlığının şərtlərini pozduğunu aşkarlayıb, onu yenidən həbsə göndərib.
Gulnara Karimovanın 133 milyon dollarını müsadirə edilib
Oxşar xəbərlər