Əvvəlki məhkəmə qərarı qüvvədə qaldı
Fevralın 13-də Ali Məhkəmədə AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Fuad Əhmədlinin kassasiya şikayətinə baxılıb. Şikayət F.Əhmədlinin dörd illik cəzasının 2 i 6 ayının çəkilməsilə əlaqədar onun məntəqə tipli müəssisəyə köçürülməsilə bağlı olub.
Hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən məhkəmədə F.Əhmədlinin vəkili Elçin Sadıqov bildirib ki, aşağı instansiya məhkəmələri işin hallarını tam araşdırmayıblar. F.Əhmədlinin cəzasının qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi barədə ərizəsinin tam əsaslı olduğunu deyən vəkilin sözlərinə görə, Suraxanı Rayon Məhkəməsində hakim heç ərizəni araşdırmadan onu rədd edib. Bakı Apelyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb. Vəkil kassasiya şikayətinin təmin olunmasını xahiş edib.
Prokuror isə bildirib ki, şikayət əsassızdır. Çünki F.Əhmədlinin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsi onun haqqında mənfi rəy verib. Bu da o deməkdir ki, F.Əhmədli islah olunmayıb.
Hakimlər də müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıblar.
F.Əhmədli 2016-cı il avqustun 18-də həbs olunub. İttihama görə, o, işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.
F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Ali Məhkəmə də Fuad Əhmədliyə rədd cavabı verdi

Oxşar xəbərlər