4 il azadlıqdan məhrum edilən müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin oktyabrın 5-də Penitensiar Xidmətin xəstəxanasına köçürüldüyü bildirilir.
Məlumatı Turana onun atası Zəfər Əhmədli verib.
Zəfər Əhmədli oğlu ilə iki gün əvvəl, oktyabrın 4-də görüşüb. O, oğlunun ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkdiyini söyləyir:
"Oğlum həbsdən əvvəl ağciyər xəstəliyi ilə bağlı əməliyyat olunub, buna görə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıdakı təcridxanada qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır. Görüş zamanı rəisə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də həbsxanadan zəng etdilər ki, artıq xəstəxanaya aparıblar".
Bu məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.
İttihama görə, o, operator işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.
Fuad Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymır.-0-
Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb

Oxşar xəbərlər