Apelyasiya Məhkəməsi AXCP üzvünün şikayətini qismən təmin edib
AXCP Rəyasət Heyətinin üzvü, üç ildən çoxdur həbsdə olan Məmməd İbrahim azadlığa buraxılıb. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmündən verilən apelyasiya şikayətinə baxıb.
Müdafiə tərəfi bəraət istəsə də, şikayət qismən təmin olunub. Belə ki, Məmməd İbrahimə təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olunub və o, həbsdən azad edilib.
Məmməd İbrahimin vəkili Cavad Cavadov bəraət alınması üçün hüquqi müdafiə addımlarını davam etdirəcəyini deyib.
Məmməd İbrahim Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerlərində saxlanan şəxsin qadağan olunmuş əşyalar hazırlaması, gizlətməsi, istifadə etməsi) maddəsilə təqsirli bilinərək, 5 ay 20 gün azadlıqdan məhrum edilmişdi.
Yatağındakı döşəkdən kəsici alət tapılması iddiası əsasında bu cinayət işi onun əvvəlki üç illik cəzasını başa vurub həbsdən çıxmasına iki gün qalmış başlanmışdı. Hakim həmin iki günü də əlavə edərək, M.İbrahimə qəti olaraq, 5 ay 22 günlük cəza təyin etmişdib. Bu cəzanın çəkilmə müddəti 28 sentyabrdan hesablanırdı.
M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdi.
Məmməd İbrahim azadlıqda

Oxşar xəbərlər