Azərbaycan Xalq Cəbhəs Partiyasından (AXCP) daha iki fəalın saxlandığı açıqlanıb.
Bu barədə Azadlıq Radiosuna AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.
Onun sözlərinə görə, fəallardan Elnur Cabbarlı fevralın 3-ü axşam saatlarında evlərindən Abşeron rayon Polis Şöbəsinə aparılıb:
"Amil Məmmədzadəni isə bu gün, fevralın 4-ü saat 16 radələrində saxlayıblar və o Suraxanı rayon Polis İdarəsinə gətirilib”
İlham Hüseyn vurğulayıb ki, gənclərin saxlanması siyasi fəallıqları ilə bağlıdır:
"Ehtimal edirəm ki, onlara da 20-25 sutka inzibati cəza verilə bilər”.
Bu deyilənlərə, hələlik, adları çəkilən polis idarələrindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin yanvar ayında 30-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa bu partiyanın 10-a yaxın fəalı hazırda uzunmüddətli həsbdədir. Partiya onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs edildiyini bəyan edib.Amma rəsmilər ölkədə insanların siyasi baxış və fəaliyyətlərinə görə, təqib olunduğu ilə bağlı iddiaları əsassız sayırlar.
Daha iki AXCP fəalı saxlanıb
Oxşar xəbərlər