Livanın paytaxtı Beyrut şəhərində Azərbaycanda hicablı qızların hüquqlarına dəstək məqsədilə həmrəylik aksiyası təşkil olunub.
Aksiya İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin Beyrut nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbirdə İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin qızlar üzrə rəhbərləri və üzvləri iştirak edərək azərbaycanlı hicablı şagirdlərlə həmrəylik nümayiş etdiriblər.
İştirakçılar əllərində müxtəlif plakatlar və Azərbaycan bayrağı tutaraq hicab azadlığının təmin olunmasını tələb ediblər.
Aksiya zamanı “Hicab azadlığı!”, “Azərbaycan səslənir!”, “Zülmə və məhrumiyyətə yox!” kimi şüarlar səsləndirilib.
Etirazçılar “Hicab haqdır, haqq isə heç vaxt məğlub olmaz!” şüarı ilə hicablı qızların təhsil hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.
Aksiyada nümayiş etdirilən plakatlardan birində Azərbaycan dilində “Azərbaycanın hicablı qadınları mətanət rəmzidir” sözləri yazılıb.
Livanın paytaxtı Beyrutda Azərbaycanda hicaba dəstək aksiyası keçirilib

Oxşar xəbərlər