İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minasına çırpılan supertankerdə güclü partlayış baş verdiyini və gəminin alovlandığını bildirib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlamasında 2 milyondan çox barel xam neft daşıyan tankerin bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd etdiyi qeyd olunub.
Bildirilib ki, gəminin dəniz minası ilə toqquşması nəticəsində partlayış baş verib və güclü yanğın başlayıb.
SEPAH-ın bəyanatında vurğulanıb: “Hörmüz boğazı bağlıdır. İranın boğazla bağlı müəyyən etdiyi qaydalara əməl etməyən gəmiləri ABŞ ordusuna olan etimadın alovunda yanmaq aqibəti gözləyir”.
Daha bir supertanker Hörmüzdə minaya düşdü

Oxşar xəbərlər