Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində hicabdan istifadə edən qız şagirdlərinin qarşılaşdığı məhdudiyyətlərlə bağlı bəyanat yayıb.
Cəmiyyət bəyanatında hicabın təhsilə maneə olmadığını vurğulayaraq, qız şagirdlərin dini inanclarına uyğun geyim seçiminin onların təhsil almaq hüququ ilə qarşı-qarşıya qoyulmamasının vacibliyini bildirib.
Bəyanatda İslam dininin elmə və təhsilə xüsusi əhəmiyyət verdiyi qeyd olunub və Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsinə istinad edilib.
Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti həmçinin Azərbaycanın müsəlman əhalisinin dini etiqadlarını qanun çərçivəsində sərbəst şəkildə yaşamaq imkanının qorunmasının vacib olduğunu bildirib.
Cəmiyyət aidiyyəti dövlət qurumlarını məktəblərdə hicabla bağlı yaranmış məhdudiyyətlərə yenidən baxmağa və qız şagirdlərin həm təhsil almaq, həm də dini inanclarına uyğun yaşamaq hüquqları arasında uyğun həll tapmağa çağırıb.
Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti Azərbaycanda hicab məhdudiyyətlərinə etiraz edib
Oxşar xəbərlər