Hicaba qarşı qadağa ilə üzləşən şagirdlərin problemi öz həllini tapıb. Bu barədə sosial mediada paylaşım edilib.
Belə ki, sentyabrın 28-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbə dərsə gələn bəzi şagirdlər təhsil ocağına buraxılmayıb. Məktəbin direktoru şagirdlərə bildirib ki, onlar baş örtüyünə görə məktəbə buraxıla bilməzlər.
Direktor bu qadağanı son günlər qəbul edilən vahid məktəbli geyiminə edilən dəyişikliklə əlaqələndirib. Qərara əsasən, təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Direktor “dünyəvilik prinsipinə uyğun olmayan” ifadəsi ilə hicabın nəzərdə tutulduğunu bildirərək, şagirdlərin baş örtüyü ilə təhsil müəssisəsinə gələ bilməyəcəklərini deyib.
Sosial mediada məktəbə buraxılmayan hicablı şagirdlərin görüntüləri də yayılıb. Qızların təhsil ocağından göz yaşları içində geri dönməsi qısa müddətdə geniş müzakirələrə səbəb olub və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanıb.
İnanclı valideynlərin də məsələyə etiraz etməsi və təhsil ocağına gələrək narazılıqlarını bildirməsi nəticəsində məktəb direktorunun qərarı dəyişdirilib.
Son məlumata görə, təhsil idarəsinin rəhbəri sabahdan etibarən şagirdlərin məktəbə hicablı gəlməsinə icazə verib və tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Beləliklə, hicablı qız şagirdlər sabahdan etibarən əvvəlki qaydada dərslərdə iştirak edə biləcəklər.
Sumqayıt məktəbində süni hicab qadağası həllini tapıb

Oxşar xəbərlər