Avstriyada bir sıra yazarlar, aktivistlər və ictimai xadimlər ölkənin təhsil naziri Heinz Fassmanın orta məktəb şagirdləri və müəllimlərinə hicab qadağasının müzakirəsi ilə bağlı təklifinə etiraz ediblər.
Qeyd edək ki, Avstriyada müsəlmanlar başda olmaqla qaçqın və miqrantların azadlıqlarına məhdudiyyət qoyan radikal sağçı hökumət ibtidai məktəblərdə tətbiq etmək istədiyi baş örtüyü qadağasını orta məktəb şagirdləri və müəllimləri də əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırır.
İslamın rəsmi din olaraq qəbul edildiyi ölkədə fərqli dini qrupların simvol və geyimlərinə yönəlik hər hansı bir yasaq qoyulmadığı halda, ancaq müsəlman azlığın hədəf alınması cəmiyyət tərəfindən ayrı-seçkilik, inanc özgürlüyünün və insan haqlarının pozulması kimi qiymətləndirilir.
Avstriyada uzun illərdir yaşayan müsəlmanlara qarşı irqçi münasibətə etiraz edən yazar və jurnalist Wilhelm Lagthaler son 10 ildə sistematik bir şəkildə həyata keçirilən siyasətlər nəticəsində ölkənin bu nöqtəyə gəldiyini vurğulayıb. O, hökumətin ölkədə yaşanan bütün problemlərdə yeganə məsul kimi miqrant, qaçqın və müsəlmanları göstərməklə, əsl problemləri ört-basdır etdiyini, süni gündəm yaratmağa çalışıldığını dilə gətirib.
Lagthaler sosial həyatın hansı sahəsində olursa-olsun hicab qadağasına qarşı olduğunu ifadə edərək«Geyim təməl insani bir haqdır. Kimin necə istəyirsə, o cürə geyinməsi onun haqqıdır», - deyə o, bildirib.
Jurnalist nazirin müəllimlərin dini və ideoloji simvolları istifadə etməməsi barədə ifadələrini də tənqid edib: «Müəllimlər dövləti təmsil edən məmurlardır. Müsəlman kimliyi ilə çalışan müəllimlər bu ölkənin bir parçası olan İslam dininə mənsubdur. Təbii olaraq dövlətin hər hansı bir idarəsində öz kimlikləri ilə işləmələri də normaldır. Məsələn, Hindistanda sihizm dininə mənsub şəxslər hüquqmühafizə orqanlarında öz turbanları ilə işləyirlər, bunun nə problemi ola bilər ki?..»
Avstriyalı aktivist Markuz Schulz da təhsil nazirinin açıqlamalarının təəccüblü olmadığını ifadə edərək, nazirin həm Avstriya, həm də Avropa idarəçiliyinin uzun illərdir azlıqlara qarşı mənfi siyasətlərini davam etdiyini, xüsusilə bundan əvvəlki hökumətin çıxardığı İslam qanunu ilə arı-seçkiliyə məruz qalan müsəlmanların mövcud mərkəz sağçı Avstriya Xalq Partiyası və radikal sağçı Azadlıq Partiyası hökuməti ilə daha çətin bir sınaqdan keçdiyini deyib.
«Radikal sağçı hökumət hicab qadağası, İslam, imamlar, siyasi İslam kimi məsələlərlə cəmiyyətin əsl problemlərini ört-asdır etməyə çalışır», - deyə Schuls bildirib.
«Şagirdlərin və müəllimlərin baş örtüyü bəhanəsi ilə təhsildən uzaqlaşdıraraq sosial həyatdan qoparmağa çalışırıq. Bu birbaşa ayrı-seçkilikdir», - deyə o, əlavə edib.
Aktivist Michael Pröbsting isə məktəblərdə hicab qadağasının qəbul edilməz olduğunu dilə gətirərək, radikal sağçı hökumətin ölkənin vacib azlıqlarından olan müsəlmanlara qarşı irqçi və İslamafobik bir münasibət sərgilədiyini deyib.
«Baş örtüyü qadağası din, düşüncə azadlığı və insan haqlarının pozulmasıdır. Mən müsəlman deyiləm, ancaq burada məsələ kimin hansı dini görüşü paylaşması ilə əlaqədar deyil. Burada əsas məsələ insanların inancları ilə yaşaya bilmə özgürlüyüdür və baş örtüyünün yasaqlanması bu haqqı ayaqlar altına almaq mənasını verir», - deyə Pröbsting bildirib.
O, Avstriyada aşayan müsəlmanların gün keçdikcə yaşamlarının çətinləşəcəyindən narahatlığını ifadə edərək, radikal sağçı hökmətin müsəlmanlara ikinci dərəcəli vətəndaş münasibəti göstərdiyini deyib.
Avstraliyalılar məktəblərdə hicab qadağasına etiraz edir

Oxşar xəbərlər