Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə Tbilisidəki Alulbeytin Konfrans Zalında Xanım Zeynəbin (s.ə) mövlud gününə həsr olunmuş tədbir keçirilib.
Proqram çərçivəsində ilk olaraq BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev idarənin xanım icmasının üzvləri ilə iclas keçirib. İclasda Şeyx mövlud münasibətilə təbrik edib, sonra icmanın cari fəaliyyəti, qarşıda duran məsələlər və gələcək fəaliyyət planları geniş müzakirə olunub.
İclasdan sonra Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə seminar təşkil edilib. Ayşən Nəbiyevanın aparıcılığı ilə baş tutan seminar Zəhra Məmmədovanın müqəddəs Quran-i Kərimdən tilavət etdiyi ayələrlə başlayıb. Tədbirdə Leyli Qurbanova və Naidə Hacıyeva çıxış edərək Xanım Zeynəbin (s.ə) ibrətamiz ömür yolu, yüksək əxlaqi keyfiyyətləri və İslam tarixindəki mühüm rolu barədə geniş məlumat veriblər.
Daha sonra BGMİ Şeyxi Hacı Faiq Nəbiyev icma üzvləri və tədbir iştirakçılarına mövlud günü münasibətilə hədiyyələr təqdim edib. Tədbirin sonunda Sevda Səfərova Fərəc duasını oxuyub və mərasim bayram süfrəsi arxasında başa çatıb.
Xanım Zeynəbin (s.ə) mövludu ilə bağlı elmi-seminar keçirilib