Bakının Nardaran qəsəbəsində məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətlərə etirazlardan sonra kütləvi saxlanılmaların olduğu bildirilir. Sakinlərin sözlərinə görə, oktyabrın 16-na keçən gecə qəsəbəyə çoxsaylı maskalı və silahlı polis əməkdaşları gəlib, 40-dan çox şəxs saxlanılıb.
Sosial şəbəkələrdə Nardarana çoxsaylı polis əməkdaşlarının yeridildiyini əks etdirən görüntülər yayılıb.
İctimai fəal Ələmdar Bünyadov da bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, qəsəbədə evlərə basqın edildiyi və təhlükəsizlik qüvvələrinin cəlb olunduğu barədə xəbərlər gəlir.
Bünyadov oktyabrın 15-də Azərbaycanda beynəlxalq tədbir keçirildiyini, xarici qonaqların qarşısında sabitlik və təhlükəsizlik görüntüsü yaradıldığını, ertəsi gün isə Nardarandan saxlanılmalarla bağlı məlumatların yayıldığını vurğulayıb.
"Nardaran sakinləri hicab məsələsi ilə bağlı etirazlarını bildiriblər. Əgər insanlar öz dini inanclarını dinc şəkildə ifadə edirlərsə, niyə cavab olaraq təhlükəsizlik qüvvələri göndərilir?" - deyə fəal sual edib.
Nardaran sakinləri də “Abzas Media”ya qəsəbədə çoxsaylı saxlanılmaların olduğunu təsdiqləyiblər.
Sakinlərdən birinin sözlərinə görə, polis əməkdaşları əsasən məktəblərdə hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilən toplantılarda fəallıq göstərən şəxsləri saxlayıblar.
“Gecə saat iki-üç radələrindən başlayaraq yığıncaqlarda çıxış edən, fəal görünən insanları maskalı, avtomatlı polislər saxlayıblar. 40-dan çox insan saxlanılıb. Hələ də bəzilərindən xəbər yoxdur. Saxlanılanlar arasında tanınmış şəxslər də var", - deyə sakin bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları qəsəbəyə siren siqnalları ilə daxil olub, bir neçə evdə əməliyyat keçiriblər.
“Siren siqnalları ilə kəndə gəliblər, səs-küy salıblar, vahimə yaratmağa çalışıblar. Bir neçə evə daxil olublar. Evlərdə çəkiliş aparıblar. Çəkiliş zamanı onların yanında yalnız saxlanılan şəxs olub. Ona görə də hansı görüntüləri çəkdiklərini bilmirik. Bəzilərinin həyat yoldaşlarını, hətta analarını da aparıblar”.
“Abzas Media”ya danışan başqa bir vətəndaş bildirib ki, Sabunçu Rayon Polis İdarəsində olarkən 30-a yaxın nardaranlının saxlanıldığını görüb. Sakinlər baş verənləri məktəblərdə hicabla bağlı məhdudiyyətlərə qarşı etirazlarla əlaqələndirirlər.
Onların sözlərinə görə, qəsəbədəki 295 və 130 saylı tam orta məktəblərdə, eləcə də 11 saylı internat məktəbində hicablı şagirdlərin dərsə buraxılmaması valideynlərin narazılığına səbəb olub.
“Nardaranda indiyədək problem olmayıb. Məsələ elə hicabla bağlıdır. Burada 24 saat polis nəzarəti, postlar var. Hətta məscidlərin içində də kameralar quraşdırılıb. Küçələrdə addımbaşı kameralar, polis postları var. Kifayət qədər nəzarət mövcuddur”, - deyə sakinlərdən biri bildirib.
Onun sözlərinə görə, valideynlər övladları ilə birlikdə məktəblərin qarşısına gəlsələr də, hicablı uşaqların dərsə buraxılmasına icazə verilmir.
“Valideynlər bundan narahatdırlar. Soruşurlar ki, bu vəziyyət nə vaxta qədər davam edəcək? Onlar uşaqlarının təhsil almasını istəyirlər”.
Oktyabrın 16-da Nardaranda keçirilən əməliyyatın səbəbləri, saxlanılanların dəqiq sayı və onlara qarşı irəli sürülən mümkün ittihamlar hələlik məlum deyil.
Rəsmi qurumlar saxlanılmalarla bağlı açıqlama verməyiblər.
Nardarana çoxsaylı polis qüvvələri cəlb olunub, onlarla sakinin saxlandığı deyilir

Oxşar xəbərlər