Sabirabad rayonunun Yolçubəyli kəndindəki orta məktəbdə hicablı şagirdlərin məktəbə buraxılmadığı barədə məlumat yayılıb. Məlumatı jurnalist Arzu Abdulla sosial media hesabında paylaşıb.
Jurnalistin sözlərinə görə, Yolçubəyli kənd orta məktəbindən bir qrup valideyn ona müraciət edib. Valideynlərin iddiasına əsasən, məktəbin direktoru Kənan Ələsgərli hicablı şagirdlərə: “Gələn həftədən ya hicabınızı açın gəlin, ya da ərizə yazıb məktəbdən çıxın” deyə göstəriş verib.
Məktəb direktoru Kənan Ələsgərli isə bu məlumatı təkzib edib və iddianı şər-böhtan adlandırıb. Onun sözlərinə görə, məlumatı ona qarşı mənfi münasibəti olan şəxslər yayıb.
Direktor bildirib ki, onu yaxından tanıyan şəxslər onun necə insan olduğunu bilirlər və əlavə edib: “Məni tanıyan insanlar bilir ki, mən namaz qılıb, oruc tutan insanam.”
Jurnalist məktəbdə hicab problemi barədə yazıb, direktor xəbəri təkzib edib

Oxşar xəbərlər