Jurnalist öz evində qətlə yetirildi

Meksika təhlükəsizlik xidmətinin əməkdaşları yaşadığı evdə öldürülən jurnalist Alisiya Dias Qonsalesin qatillərini axtarır.

Teleqraf.com xəbər verir ki, 52 yaşlı qadının cəsədini 20 yaşlı oğlu mayın 24-ü Monterreyadakı mənzildə aşkarlayıb.

Polis qətlin törədilmə səbəblərini araşdırır. Həmkarları onun siyasət, korrupsiya və ya kriminal hadisələrdən deyil, iqtisadiyyatdan yazdığını bildiriblər.

Qeyd edək ki, son ildə Meksikada 6 jurnalist qətlə yetirilib.