Meksikada şəhər meri vəzifəsinin icrasına başlayandan az sonra sui-qəsdin qurbanı olub.
Bu barədə TASS-a istinadən xəbər verilir.
Bildirilir ki, ölkənin cənubundakı Oahaka ştatının Tlahiako bələdiyyəsinin sədri Alexandro Aparisio vəzifəsinin icrasına başlayandan 1,5 saat sonra öldürülüb.
Oahakanın qubernatoru Alexandro Murat özünün "Twitter" səhifəsində bildirib ki, Tlahiako bələdiyyəsinin sədrinə qarşı hücumu kəskin şəkildə pisləyir. O, baş prokurordan hadisə ilə bağlı dəqiq araşdırma aparmağı və qatilin yaxalanması barədə məlumatlandırılmasını tələb edib.
Bildirilir ki, Aparisioya hücum zamanı daha 2 nəfər yaralanıb. Siyasətçi prezident Andres Manuel Lopes Obrador tərəfindən yaradılmış "Milli dirçəliş hərəkatı"nı təmsil edib.
Daha əvvəl məlum olub ki, Meksikada sürüşmə nəticəsində 5 nəfər ölüb.
Meksikada mer vəzifəsinin icrasına başlayandan saat yarım sonra öldürülüb

Oxşar xəbərlər