İnanclı Ziya Tahirova hökm oxunub

Aprelin 18-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənərək həbs edilən keçmiş siyası məhbus Ziya Tahirovun məhkəmə iclası keçirilib.

İclasda Ziya Tahirova hökm oxunub. Hakim Z.Tahirov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Məhkəmədə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. İttihama uyğun dəlil sübutların olmaması səbəbindən hakim narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Ziya Tahirovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmədə 3 polis və 1 taksi sürücüsü yalançı şahidlik edib. Polislərin hər biri Kərbəlayi Ziyanı fərqli ünvanlarda və saatlarda həbs etdiklərini bildirsələr də məhkəmə bu ziddiyyətləri diqqətə almayıb. Ziya Tahirovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək.