Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədova hökm oxunub. Səfər Hüseynovu bıçaqlamaqda təqsirləndirilən Məmmədov 8 il muddətinə azadlıqdan məhrum edilib.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı Afiəddin Məmmədova qarşı irəli sürülmüş ittihamın məhkəmədə təsdiqini tapdığını əsas gətirərək ona 10 il həbs cəzası istəmişdi. Bu gün hakim də ittihamların sübuta yetirildiyini bildirib.
Məmmədova gəlincə, o, özünü təqsirli bilmir. Məhkəmə başlayan gündən kuryerlərin hüquqlarını müdafiə etdiyi üçün şərləndiyini bildirir. Ötən məhkəmə iclasında son söz çıxışında həbsinə münasibət bildirərkən də demişdi ki, Səfər Hüseynovu tanımır, həbsi sifarişlidir.
Vəkil Zibeydə Sadıqova isə müvəkkilinin müdafiə hüquqlarının məhkəmə tərəfindən pozulmasından danışmışdı. Qeyd etmişdi ki, məhkəmə vəkilin vəsatətlərini təmin etməməklə müdafiə işini qurmasına süni əngəllər yaradıb.
Məhkəmədən sonra vəkil Toplum TV-yə hökmdən apellyasiya şikayəti veriləcəyini deyib.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə gedərkən Səfər Hüseynov adlı şəxslə toqquşub, aralarında mübahisə yaranıb. Bu zaman Məmmədov cibindən bıçaq çıxarıb və ona xəsarət yetirib.
Afiəddin Məmmədova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
O, ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar avqustun 1-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.
"Toplum TV"
İctimai fəal Afiəddin Məmmədova 8 il həbs cəzası kəsildi