İmam Əli Məscidindən əhaliyə külli miqdarda Novruz yardımı

Hər il olduğu kimi bu il də Novruz bayramı münasibətilə Marneuli İmam Əli (ə) Xeyriyyə Fondu aztəminatlı ailələri sevindirib.

Aktual.ge xəbər verir ki, Marneuli mərkəzi Məscidindən bildirilib ki, Novruz bayramı münasibətilə ümumilikdə 10 min 500 lari dəyərində ehsan edilib.

"Hər il olduğu kimi bu ildə Novruz bayramı münasibətilə ehtiyaclı ailələr üçün 10 min 500 lari dəyərində ərzaq məhsulları, ət, meyvə, limonat, şirniyyat və s. yardım olundu" - məlumatda deyilir.