Həmas: İsrail hücumlarını genişləndirmək üçün vaxt qazanmağa çalışır

HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl Həmdan Qəzza zolağında baş verən hadisələrlə bağlı açıqlama verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həmas Hərəkatının Siyasi Büro üzvü Üsamə əl Həmdan paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında Qəzza zolağında baş verən hadisələrlə bağlı açıqlama verib.

Sionist İsraillə Qəzzada hərtərəfli və tam atəşkəsin təmin edilməsi üçün vasitəçi kimi çıxış edən Misir və Qətərlə "müsbət və çevik" görüş keçirdiklərini bildirən Həmdan, iki gün əvvəl Həmasın mümkün razılaşma üçün öz şərtlərini irəli sürdüyünü bildirib.

Həmdan atəşkəs razılaşması üçün HƏMAS-ın bəyan etdiyi şərtlərin "İsrail əsgərlərinin Qəzza zolağından tamamilə çıxarılması, köçkün mülki insanların öz ərazilərinə qayıtması və bütün lazımi yardımların Qəzzaya daxil olması" olduğunu vurğulayıb.

Sionist İsrailin əvvəlki kimi "gecikdirmə siyasəti" yürütdüyünü bildirən Həmdan deyib:

"Düşmən (İsrail) döyüş meydanında əldə edə bilmədiyi şeyə danışıqlar masası arxasında nail ola bilməyəcək".

Həmdan, İsrailin etiraz etdiyi və razılaşmanın əldə oluna bilmədiyi atəşkəs razılaşmasının mənası nədir sualına belə cavab verib:

"Qəzza zolağında atəşkəsin yaradılmasına və məhbusların azad edilməsinə mane olan İsrailin özüdür. İsrail hücumlarını genişləndirmək üçün vaxt qazanmağa çalışır. Vasitəçi ölkələr artıq bu vəziyyətdən xəbərdardırlar. İsrailə təzyiq edə biləcək ölkə ABŞ-dır. ABŞ administrasiyası isə Qəzzada atəşkəs üçün aparılan danışıqlar prosesində işğalçılara heç bir ciddi təzyiq göstərmir".