Gəncə hadisələri ilə bağlı daha 1 nəfər öldürüldü: Öldürülənlərin sayı 3-ə çatdı

Gəncə hadisələri ilə bağlı daha bir nəfər öldürülüb. Bu haqda hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir. 

Məlumata görə, öldürülən Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu Yunis Səfərovla birlikdə Elmar Vəliyevə sui-qəsd planı hazırlayıb. Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olduğu və silahlı müqavimət göstərdiyi üçün öldürüldüyü bildirilir.  

Rakurs TV bildirir ki, Gəncə hadisələri ilə daha öncə 2 nəfər də hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatla öldürülüb. Bunlar İyulun 10-da Gəncədə baş verən aksiya zamanı yüksəkrütbəli polis zabitini qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev və Yunis Səfərovla yaxın münasibətdə olduğu bildirilən Anar Bağırovdur. 

Hadisələrlə bağlı 100-ədək şəxs saxlanılıb və həbs olunub.