Gəncə hadisələrində ittiham olunanların həbsləri davam edir

Hüquq-mühafizə orqanları Gəncə şəhərində iyulun 10-da baş vermiş iğtişaşlarda, habelə iyulun 3-də şəhər merinə sui-qəsddə iştirak etməkdə şübhəli bilinənlərin həbsinin davam etdiyini bildirir.

Belə ki, ölkənin hökumətyönlü KİV-ləri bu gün iyulun 3-də terror aktında (merə qarşı hücum) iştirak etməkdə ittiham olunan ölkə vətəndaşı Akif Əliyevin həbs edildiyini bildirib.

Həmçinin, 10 iyul iğtişaşlarının iştirakçıları - Seymur Əliyev və Elman Rüstəmov həbs edilib.

Baş Prokurorluqda həmçinin iki saytın - "günunsesi.info" ve "teref.info" saytlarının rəhbərliyi barəsində "qəsdən yalan məlumat yaymağa" görə cinayət işi açılıb.

Beş nəfər isə Rusiya və Gürcüstan sərhədlərini keçərkən saxlanılıb. 

Turan