Daha bir inanclı şərlənərək saxlanıldı

Gəncə şəhərində doğulan və bir müddətdir paytaxt Bakıda kirayədə yaşayan Cəfər Zalovun evinə polis basqın reallaşdırıb.

Bu barədə Operativ.tv-yə onun yaxınları məlumat veriblər.

Yaxınları bildirir ki, Cəfər Zalovun evinə əvvəlcə silah qoyulub və daha sonra polislərin özləri ilə gətirilən şahidlərlə birgə silah çıxarıldığı iddia olunub.

Vurğulanır ki, Cəfər Zalov qanunsuz odlu silah saxlamaqda ittiham olunur.

Qeyd edək ki, inanclı Cəfər Zalovun qardaşı Qarabağda gedən müharibədə şəhid olub.