Gəncədə xəncər yarası alan daha bir polis zabiti sağ qurtuldu -Foto

Gəncədəki iğtişaşa cəhdin qarşısının alınmasında xüsusi şücaət göstərərkən xəsarət alan polis zabitlərindən biri də Samir Bayramovdur. Belə ki, İlqar Balakişiyevun vurulduğunu görən  Samir Bayramov cinayətkarları zərəsizləşdirmək üçün onalara doğru irəliləyib. Hadisə də bu zaman baş verib.

Samirin Daxili Qoşunlarda xidməti zamanı topladığı təcrübə və fiziki imkanları onun sağ qalmasına kömək edib. Şahidlərin sözlərinə görə, müxtəlif hərəkətlərlə Samir xəncərin qarnına girməsinin qarşısını ala bilib.

Samir ayağından ağır yara alsa da həyatı üçün təhlükə yoxdur.

Gununsesi.info xəncərlə ayağından yaralanan Samir Bayramovun fotolarını əldə edib.