Gəncə hadisələri ilə bağlı 21 cinayət işi açılıb

Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsddən və terrorçuluğa açıq çağırışlardan sonra 21 cinayət işi açılıb, üç nəfər həbs edilib. Bu barədə ölkənin hüquq-mühafizə orqanlarının rəsmi məlumatında deyilir.

Terrorçuluğa açıq çağırış etmiş və xaricdə olan şəxslər barəsində beynəlxalq axtarış elan olunub, deyə məlumatda bildirilir.

25 nəfər qanunsuz əməllərə çağırışlara görə inzibati qaydada həbs edilib, deyə məlumatda qeyd edilir, amma konkret adlar açıqlanmır.

Xatırladaq ki, iyulun 3-də Gəncə sakini, RF vətəndaşı Yunis Səfərov odlu silahdan açdığı atəşlə Gəncə meri Elmar Vəliyevi və onun cangüdəni Qasım Aşbazovu ağır yaralayıb.

Hüquq mühafizəçiləri bu cinayəti dini zəmində törədilmiş terror aktı adlandırıb.

Amma Azərbaycanın bir çox sakinləri sosial şəbəkələrdə Səfərovun hərəkətinə haqq verib, belə ki, Vəliyev uzun illər Gəncə sakinlərini açıq-aşkar təhqir edir və alçaldırdı.

İyulun 10-da Gəncədə sosial şəbəkələrdən edilmiş çağırış əsasında Vəliyevin işdən azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya polislə qarşıdurmalara gətirib çıxarıb, bu zaman iki polis zabiti öldürülüb.

Turan