Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
***
XİN rəhbəri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən YUNESKO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Azərbaycanın cari ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən öncə keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd edib və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib. Bölgədə sülh, təhlükəsizlik, dayanıqlı inkişaf və rifaha nail olmaq üçün münaqişənin həllinin vacib olduğu vurğulanıb.
İran naziri Cavad Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söyləyib. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. Nazir Cavad Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğulayıb.
Məmmədyarov Cavad Zəriflə Qarabağdan danışdı

Oxşar xəbərlər